Süni intellekt raket və kosmik sənayedə dizayn və modelləşdirmədə istifadə olunacaq.
Doğru.az xəbər verir ki, bunu Roskosmosun baş direktoru Dmitri Bakanov Vladimir Putinlə görüşündə bildirib.
O qeyd edib ki, əsas məqsəd süni intellektdən istifadə etməklə bir sıra prosesləri avtomatlaşdırmaq və layihələndirməni sürətləndirməkdir. Görüş zamanı Putin kosmik sənaye əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib və sahənin mövcud çətinliklərə baxmayaraq özünü inamlı hiss etdiyini vurğulayıb.
Bakanov həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələri Plesetsk kosmodromuna dron hücumu etməyə cəhd göstərib.
DOĞRU.AZ