AZ

“Danışsam da, danışmasam da, faydası yoxdu” Əfran İsmayılov

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Son matçlarda oyun planında müəyyən inkişafı hiss edilən “Araz-Naxçıvan” “Sabah”dan xal almağa yaxın idi. Ancaq bu qarşılaşmada da idarəçilik oyundan daha çox danışıldı. Oyunun gedişində də “Araz-Naxçıvan”ın texniki zonası hakimlərə ciddi etiraz bildirirdi.Komandanın məğlubiyyətinin səbəbkarının hakimlər olduğunu deyə bilərikmi? Ümumiyyətlə, bundan sonra “Araz-Naxçıvan”ın avrokuboklara vəsiqə şansı nə qədərdi? Nəzərə alsaq ki, növbəti tur oyun “Neftçi”yə qarşı olacaq. “Araz-Naxçıvan”ın məşqçisi Əfran İsmayılovun “Football-plus.az”a cavabı:

“Demçenko gələndən bir müddət sonra komanda yaxşı oyun sərgiləyir. Uduzduğumuz oyunlarda da istədiyimiz oyun olur. Komandadaxili ab-havada yaxşıdı. Hər məşqçinin öz taktiki sxemi olur. Bu sistemi də Andrey yavaş-yavaş komandaya aşılaya bilir. Son oyunlarda da inkişaf görünür. “Sabah”la oyun da bunu göstərdi. “Sabah” elə-belə komanda deyil, çempionluğa oynayan, lider komandadı. Hakimlər haqda danışmağa ehtiyac görmürəm. Danışsam da, danışmasam da, faydası yoxdu. Olan olub, keçən keçib. Həmişə, hər bir fikrə hörmətlə yanaşmışam. Səhvdi, səhv hamıda olur, başadüşüləndi. O oyunu unudub, qarşıdakı “Neftçi” ilə oyuna köklənmişik. Ciddi və əsas rəqiblərimizdən biridi. Avrokuboklara da şansımız qalır. Səfərdə oynayacağıq. Andrey Demçenko gələndən sonrakı ilk oyundan fərqli maraqlı, gərgin matç olacaq. İnşallah, çalışacağıq ki, yaxşı nəticə qazanıb, avrokubok mübarizəsində qalaq, sonda da vəsiqə qazanaq”.

MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
icma.az

2Mənbələr