AZ

Londonda Fələstin Hərəkatı adlı aksiyada 200 dən çox etirazçı həbs edilib

ain.az bildirir, Bizimyol portalına istinadən.

Böyük Britaniyanın paytaxtı Londonun Trafalgar Meydanında keçirilən "Fələstin Hərəkatı" (Palestine Action) qrupuna dəstək aksiyasında 200-dən çox insan həbs olunub. Bu, yüksək məhkəmənin qrupun qadağasının qanunsuz olduğunu qərara alması sonrası təşkil olunan ilk kütləvi etiraz idi.

Bizimyol.info xəbər verir ki, etirazçılar “Soyqırımı rədd edirəm. Fələstin Hərəkatını dəstəkləyirəm” yazılı plakatlar ilə meydanda toplaşaraq sülhsevər aksiyalar keçiriblər. Meyana çıxan Demonstrantların yaşları 27 ilə 82 arasında olub. Bir çox iştirakçı stullarda və yerə oturaraq plakatlarını qaldırıb, bəziləri xüsusi kostyum geyinib, digərləri isə Keir Starmerin üz maskasını taxıblar.

Şəhər Polis İdarəsinin məlumatına görə, saat 16:50-yə qədər 212 nəfər həbs olunub. Polis aksiya iştirakçılarını həbs etməyə başlayıb; yaşlı qadınlar və fiziki məhdudiyyəti olan şəxslər də oradan götürülüb.

Etirazçılar arasında keçmiş aclıq aksiyası iştirakçıları, 72 yaşlı heykəltəraş Alli, 73 yaşlı təqaüdçü Andi Simons və məşhur musiqiçi Robert Del Naja da olub. Onlar aksiyanın sülhsevər olduğunu, qanunsuz həbs hallarında isə məhkəməyə müraciət edəcəklərini bildirib.

“Defend Our Juries” təşkilatının nümayəndələri bildiriblər ki, aksiyalar tamamilə sülhsevər, sakit və iğtişaş törətmədən keçirilib. Onlar polis tərəfindən edilən həbs qərarlarını tənqid edərək, iştirakçıların hüquqlarının pozulduğunu vurğulayıblar.

Qeyd edək ki, fevral ayında yüksək məhkəmə hökumətin "Fələstin Hərəkatı" qrupunun qadağasını “qanunsuz” adlandırmışdı. Təşkilatın apellyasiyası isə 28-29 aprel tarixlərində dinləniləcək.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
icma.az

1Mənbələr