AZ

Keçmiş klubundan təklif gözləyir - “Arsenal”ın hücumçusu

“Arsenal”ın hücumçusu Qabriel Jesus karyerasını harada davam etdirmək istədiyinə qərar verib. “Topçular” qarşıdakı yay transfer dönəmində onu satmağa hazırdır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı forvard karyerasına başladığı “Palmeyras”a qayıtmaq niyyətindədir.

Braziliyalı futbolçu doğma klubundan təklif alacağı halda, bunu məmnuniyyətlə qəbul edəcək.

Jesus 2017-ci ilin əvvəlində “Palmeyras”dan “Mançester Siti”yə transfer olunmuş, beş il yarımdan sonra isə “Arsenal”a keçmişdi.

Seçilən
21
sportinfo.az

1Mənbələr