AZ

ABŞ-da inflyasiya müharibənin təsir etdiyi mart ayında sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da inflyasiya müharibənin təsir etdiyi mart ayında sürətlənib.

Banco.az xəbər verir ki, ABŞ-da müharibənin təsir göstərdiyi mart ayına dair inflyasiya göstəriciləri açıqlanıb. İnflyasiya məlumatlarında rekord səviyyəyə çatan yanacaq qiymətlərinin təsiri ön plana çıxıb.

Mart ayında istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz artıb. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların gözləntisi də aylıq inflyasiyanın 0,9 faiz olacağı istiqamətində idi. Fevral ayında isə aylıq inflyasiya 0,3 faiz qeydə alınmışdı.

İllik göstəricidə də sürətlənmə müşahidə olunub. Belə ki, mart ayında illik inflyasiya 3,3 faiz təşkil edib. Fevral ayında bu göstərici 2,4 faiz olmuşdu. “Bloomberg” sorğusunda iştirak edən iqtisadçıların gözləntisi martda illik inflyasiyanın 3,4 faiz olacağı idi.

Əsas (nüvə) göstəricilərdə isə daha mülayim artım diqqət çəkib.

İllik nüvə inflyasiya eyni dövrdə 2,6 faizə yüksəlib. Fevral ayında illik nüvə inflyasiya 2,5 faiz səviyyəsində olmuşdu. Gözlənti isə 2,7 faiz idi.

Aylıq nüvə inflyasiya 0,2 faiz olmaqla fevral ayı ilə eyni səviyyədə qalıb. Bu göstərici üzrə gözlənti isə 0,3 faiz olaraq müəyyən edilmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
18
1
banco.az

2Mənbələr