AZ

İbrahim Tatlısəsin reanimasiyadakı son halı diqqət çəkdi FOTO

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Türk musiqisinin “imperatoru” İbrahim Tatlısəs aprelin 7-də yüksək hərarət və halsızlıq səbəbilə xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyada müalicəsi davam edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, onun vəziyyəti stabildir, şüuru yerindədir və əhval-ruhiyyəsi yüksəkdir. O, ziyarətçiləri qəbul edir və onları mahnı oxuyaraq qarşılayır.

AKP sədrinin köməkçisi Hüseyin Yayman bildirib ki, sənətçi özünü yaxşı hiss edir və hətta prezident Rəcep Tayyip Erdoğanın səhhəti ilə də maraqlanıb.

Həkimlərin sözlərinə görə, Tatlısəsə öd kisəsi iltihabı diaqnozu qoyulub və onun yaxın günlərdə əməliyyat olunacağı gözlənilir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
globalinfo.az

1Mənbələr