AZ

“Anthropic” 27 illik kiber boşluğu aşkar edən süni intellekt modelini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Anthropic” 27 illik kiber boşluğu aşkar edən süni intellekt modelini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ mərkəzli süni intellekt şirkətlərindən biri olan “Anthropic” “Apple” və “Google” kimi texnologiya nəhənglərinin də iştirak etdiyi kibertəhlükəsizlik yönümlü yeni təşəbbüs – “Project Glasswing” layihəsini təqdim edib.

Şirkətin açıqlamasına görə, “Project Glasswing” süni intellekt dəstəkli kiberhücum risklərinə qarşı müdafiə imkanlarını gücləndirməyi və mühüm proqram təminatı infrastrukturunu qoruma altına almağı hədəfləyir.

Təşəbbüsdə “Anthropic”lə yanaşı “Amazon Web Services”, “Apple”, “Broadcom”, “Cisco”, “CrowdStrike”, “Google”, “JPMorgan Chase”, “Linux Foundation”, “Microsoft”, “NVIDIA” və “Palo Alto Networks” kimi nüfuzlu qurumlar da yer alır.

Hələ geniş istifadəyə təqdim olunmayan “Anthropic”in “Claude Mythos Preview” adlı süni intellekt modeli dünyanın ən təhlükəsiz əməliyyat sistemləri və veb brauzerlərində minlərlə yüksək prioritetli təhlükəsizlik boşluğunu aşkar edib.

Model dünyanın ən təhlükəsiz əməliyyat sistemlərindən biri hesab edilən “OpenBSD”də 27 il ərzində aşkarlanmayan və sistemi uzaqdan çökdürə biləcək bir təhlükəsizlik boşluğunu üzə çıxarıb. Bundan əlavə, video emalı proqramı “FFmpeg”də avtomatik test alətlərinin 5 milyon sınağına baxmayaraq müəyyən edə bilmədiyi 16 illik başqa bir boşluq da aşkar edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
30
1
banco.az

2Mənbələr