...Huawei istehlakçı biznes direktoru He Qanq şirkətin ağıllı eynəkləri ilə çəkilmiş bir şəkli paylaşıb.
SİA-nın məlumatına görə, şəkildə “HUAWEI AI eynəkləri” su işarəsi var.Əvvəllər Huawei yalnız musiqi və zənglər üçün ağıllı eynəklər buraxırdı.
Görünür, yeni model də şəkil çəkə bilir. Şayiələr rəsmi elanın 2026-cı ilin birinci yarısında, ehtimal ki, 21 apreldə baş tuta biləcəyini göstərir.
Mediada yayılan məlumatlara görə, cihaz HarmonyOS-da işləyəcək, digər Huawei cihazları ilə sıx inteqrasiya olunacaq və real vaxt rejimində nitq tərcüməsi funksiyasına malik olacaq.
Nazlı Almuradova