“Çox yaxşı oyun alındı”. 

Offsideplus.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında deyib.

Mütəxəssis Misli Premyer Liqasının XXVII turunda "Zirə"yə qarşı keçirdikləri matçla bağlı fikirlərini bölüşüb: “İlk dəqiqədən etibarən qələbə qazanmaq üçün meydana çıxmışdıq. Əvvəldən öz oyun prinsiplərimizə sadiq qaldıq. Rəqibi də təbrik etmək istəyirəm — onlar bu gün buraya 1 xal üçün gəlmişdilər və bunu da əldə etdilər, yaxşı oyun taktikasına malik idilər.

Öz komandamı da təbrik edirəm. Bizim kifayət qədər qol fürsətlərimiz oldu, amma mənə elə gəlir ki, oyun bir neçə dəqiqə də uzansaydı, nəticə fərqli ola bilərdi. Bu gün bizim günümüz deyildi. Nə etmək olar, bu oyunu unudub növbəti matça fokuslanmalıyıq”.

Qeyd edək ki, "Bayquşlar"ın heyətində Coy-Lens Mikels (16) və İqor Noqeyra (51) fərqləniblər. Qonaq komandada isə Ruan Renato (32-p) və Eren Aydın (40) diqqət mərkəzinə düşüblər.