AZ

"Bavariya" "Liverpul"un 100 milyon avroluq transfer hədəfini əldə edə bilər

İngiltərənin “Nyukasl” komandasının cinah hücumçusu Entoni Qordon karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə,  Almaniyanın “Bavariya” klubu ingilis futbolçu ilə maraqlanır. 

Məlumata görə, Münhen təmsilçisi artıq 25 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Bildirilir ki, Qordonun xidmətində “Liverpul” və “Arsenal” da maraqlıdır. “Nyukasl” isə futbolçunun mümkün transferi üçün 90–100 milyon avro civarında məbləğ tələb etməyi planlaşdırır.

Cari mövsümdə Qordon bütün turnirlərdə 45 oyunda iştirak edib, 17 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 60 milyon avro olaraq qiymətləndirilir.

Seçilən
19
90deqiqe.az

1Mənbələr