AZ

Faciəvi qəza: Ana övladlarını qorumaq üçün canından keçdi

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyənin Antalya-Isparta avtomobil yolunda baş verən ağır yol qəzasında 26 yaşlı Senanur Turan həyatını itirib, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.

Sherg.az xəbər verir ki, Məlumata görə, yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada Turan hadisə yerində ölüb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın ən sarsıdıcı detalı isə ananın son anları ilə bağlıdır. Bildirilir ki, Senanur Turan toqquşma zamanı arxa oturacaqda olan uşaqlarını qorumaq üçün onların üzərinə qapanıb.

Onun bu fədakarlığı cəmiyyətdə böyük kədər doğurub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
sherg.az

1Mənbələr