AZ

İstanbul prokurorluğundan sərt addım: Netanyahuya ömürlük həbs

İsrailin baş naziri Benyamin Netanyahu Türkiyədə ağır ittihamlarla üzləşib.

Musavat.com xəbər verir ki, Hürriyet nəşrinin məlumatına görə, Türkiyə prokurorluğu Netanyahunun ömürlük azadlıqdan məhrum edilməsini tələb edir. İttiham epizodları üzrə ona 1102 ildən 4596 ilə qədər həbs cəzası istənildiyi bildirilir.

Məlumata əsasən, iş 2025-ci ilin oktyabrında “Sumud” flotiliyasının fəallarının saxlanılması ilə bağlı insidentdən sonra başladılıb.

İstintaq çərçivəsində ümumilikdə 35 israilli məmura ittiham irəli sürülüb. Onların sırasında müdafiə naziri Israel Katz, baş qərargah rəisi Eyal Zamir və milli təhlükəsizlik naziri Itamar Ben-Qvir də yer alır.

Onlara qarşı irəli sürülən ittihamlar arasında insanlığa qarşı cinayətlər, soyqırımı, işgəncə, qanunsuz həbs, əmlaka ziyan vurma və humanitar yardımların qarşısını alma kimi ağır maddələr var.

Qeyd edilir ki, İstanbul Baş Prokurorluğu daha əvvəl də Netanyahunun və digər yüksək vəzifəli şəxslərin həbsi ilə bağlı qərar çıxarıb.

Musavat.com

Seçilən
20
2
musavat.com

3Mənbələr