AZ

Karapetyandan sensasiya: Əgər baş nazir olsa, sentyabrda...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Əgər baş nazir olsam, Ermənistanda sentyabr və bütün digər aylar dinc keçəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni biznesmen Samvel Karapetyan İrəvandakı Azadlıq meydanında keçirilən mitinqdə deyib.

O bildirib ki, əgər baş nazir seçilərsə, Ermənistanda sabitlik və sülh təmin olunacaq.

Karapetyanın sözlərinə görə, yeni komanda güclü iqtisadiyyat quracaq, fabriklər açacaq, 300 min yeni iş yeri yaradacaq və biznes üçün əlverişli şərait formalaşdıracaq. O, hazırkı hakimiyyəti ölkəni qorxu və yoxsulluq içində saxlamaqda ittiham edib və vurğulayıb ki, Ermənistan yalnız dəyişikliklə inkişaf edə bilər.

Qeyd edək ki, Ermənistan parlament seçkiləri 2026 7 iyunda keçiriləcək.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr