AZ

Xankəndidə “VətəndəSən” Təhsil Forumu keçirilib

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xankəndidə “VətəndəSən” Təhsil Forumu keçirilib.

Aprelin 11- də Xankəndi şəhərində Qarabağ Universitetinin Biznes və İqtisadiyyat fakültəsində “Karabakh Training Center” və “Word” Karyera və Peşə Mərkəzinin birgə təşkilatçılığı ilə “VətəndəSən” adlı təhsil forumu baş tutub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən xəbərə görə, tədbirdə 150-dən çox təhsil işçisi, sahibkar, dövlət və özəl sektor nümayəndəsi iştirak edib.

Forumun rəsmi tərəfdaşı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olub.Panel müzakirələrində Dövlət Vergi Xidməti və Dövlət Məşğulluq Agentliyinin nümayəndələri işğaldan azad olunmuş ərazilərdə tətbiq edilən vergi güzəştləri, sosial sığorta stimulları və məşğulluq imkanları barədə məlumat veriblər.

Tədbirin açılışında çıxış edən “Karabakh Training Center”in təsisçisi Aytən Məmmədova bildirib ki, əsas məqsəd ölkənin müxtəlif bölgələrindən olan sahibkarları, gəncləri Qarabağın quruculuq prosesinə cəlb etməkdir. A. Məmmədovanın sözlərinə görə, mərkəz qısa müddətdə bir sıra uğurlu layihələrə imza atıb və bu layihələrin də məqsədi Xankəndidə yaşayan tələbə və gənclərin fərdi inkişafına töhvə verməkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
4
apa.az

5Mənbələr