AZ

TƏCİLİ! ŞOK ƏMƏLİYYAT – 722 nəfər saxlanıldı

Türkiyənin Təhlükəsizlik Baş İdarəsi ölkə daxilində cinayətkar qruplaşmalara qarşı son illərin ən genişmiqyaslı əməliyyatlarından birini həyata keçirib.

Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (KOM) koordinasiyası ilə keçirilən tədbirlər nəticəsində mütəşəkkil cinayətkarlıq zəncirinə ağır zərbə vurulub. 25 mart – 10 aprel tarixlərini əhatə edən 17 günlük gərgin iş nəticəsində Türkiyənin 81 vilayətində ümumilikdə 124 ayrı-ayrı nöqtədə əməliyyat reallaşdırılıb.

NOCOMMENT.az xəbər verir ki, əməliyyatlar çərçivəsində “silahlı cinayətkar təşkilat yaratma”, “ağır soyğunçuluq”, “təhdid”, “qəsdən adam öldürmə”, “əmlaka zərər vurma” və “silah qaçaqmalçılığı” kimi ağır maddələrlə ittiham olunan 722 şübhəli şəxs saxlanılaraq istintaqa cəlb edilib. Təhlükəsizlik qüvvələrinin keçirdiyi axtarışlar zamanı böyük bir arsenal aşkar edilərək götürülüb. Məlumata görə, ələ keçirilən qanunsuz silahlar arasında 67 ədəd uzunlüləli tüfəng, 383 tapança, 66 ov tüfəngi, 29 səs tapançası, həmçinin 14 003 ədəd patron və 1 329 müxtəlif silah hissəsi yer alır. Türkiyə hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan ediblər.

Sara,
NOCOMMENT.az

Seçilən
31
nocomment.az

1Mənbələr