AZ

Avropa ölkələrində benzin və dizelin qiyməti Tam siyahı

ain.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.

Yaxın Şərqdə yaranan böhran səbəbindən istehlakçılar üçün yanacaq qiymətləri əhəmiyyətli dərəcədə artıb.

Yeniavaz.com xəbər verir ki, 2026-cı ilin fevral ayının sonu ilə müqayisədə aprelin əvvəlində Avropa Birliyində benzinin qiyməti təxminən 15%, dizel yanacağının qiyməti isə təxminən 30% artıb.

Avropa Komissiyasının 2 aprel 2026-cı il tarixli həftəlik neft qiymətləri bülleteninə əsasən, Avropa Birliyində “Euro-super 95” benzininin orta qiyməti litr üçün 1,871 avro, dizel yanacağının qiyməti isə 2,076 avro təşkil edir.

Avropa Birliyində benzinin (“Euro-super 95”) qiyməti litr üçün 1,34–2,33 avro arasında dəyişir.

Avropa ölklərində benzinin bir litrinin qiyməti aşağıdakı kimi olub (Avro ilə):

Hollandiya: 2,33

Danimarka: 2,23

Almaniya: 2,13

Finlandiya: 2,05

Yunanıstan: 2,05

Fransa: 2,01

İrlandiya: 1,96

Portuqaliya: 1,92

Avstriya: 1,88

Latviya: 1,87

Belçika: 1,85

Rumıniya: 1,84

Litva: 1,74

İtaliya: 1,73

Estoniya: 1,73

İsveç: 1,71

Lüksemburq: 1,70

Çexiya: 1,69

Polşa: 1,68

Xorvatiya: 1,68

Kipr: 1,58

Slovakiya: 1,58

İspaniya: 1,56

Macarıstan: 1,54

Sloveniya: 1,51

Bolqarıstan: 1,44

Malta: 1,34

Ən bahalı dizel yanacağı isə Hollandiya, Danimarka və Almaniyadadır. Avropa Birliyində dizelin qiyməti litr üçün 1,21–2,46 avro arasında dəyişir.

Avropa ölklərində dizelin bir litrinin qiyməti aşağıdakı kimi olub (Avro ilə):

Hollandiya: 2,46

Danimarka: 2,36

Almaniya: 2,29

Finlandiya: 2,27

Belçika: 2,23

Avstriya: 2,20

Fransa: 2,19

İrlandiya: 2,18

İsveç: 2,15

Litva: 2,12

Yunanıstan: 2,12

Portuqaliya: 2,07

Latviya: 2,05

İtaliya: 2,03

Rumıniya: 2,03

Polşa: 2,02

Estoniya: 2,01

Lüksemburq: 2,00

Çexiya: 1,97

Xorvatiya: 1,88

Kipr: 1,84

İspaniya: 1,78

Slovakiya: 1,69

Bolqarıstan: 1,62

Sloveniya: 1,62

Macarıstan: 1,62

Malta: 1,21

Avropa Birliyində mayeləşdirilmiş qazın orta qiyməti litr üçün 0,841 avro təşkil edib. Ən aşağı qiymət İtaliyada (0,66 avro), ən yüksək qiymət isə Xorvatiyada (1,26 avro) olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
yeniavaz.com

1Mənbələr