AZ

İslamabadda İran–ABŞ danışıqları yeni mərhələyə keçdi - VİDEO

İran və ABŞ arasında İslamabad şəhərində keçirilən danışıqlar “ekspert mərhələsinə” daxil olub.

Musavat.com xəbər verir ki, məlumata görə, görüşlər Serena mehmanxanasında davam edir.

Tərəflərin nümayəndə heyətləri artıq ixtisaslaşmış işçi qruplarına bölünüb.

İranın ekspert heyəti müxtəlif profil komitələrə yönləndirilib və danışıqlar iqtisadi, hərbi, hüquqi və nüvə sahələri üzrə paralel şəkildə aparılır.

Qeyd olunur ki, proses bundan sonra daha çox texniki və peşəkar müstəvidə davam edəcək, tərəflər konkret məsələlər üzrə detallı müzakirələr aparacaqlar. Danışıqların bu mərhələsi tərəflər arasında razılaşma imkanlarının praktiki səviyyədə yoxlanılması kimi qiymətləndirilir.

Musavat.com

Seçilən
19
50
musavat.com

10Mənbələr