AZ

Akademiyadaxili qruplararası futbol turnirinin final mərhələsi oldu FOTOLAR

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq ili”nə həsr olunmuş akademiyadaxili qruplararası futbol turnirinin final mərhələsi baş tutub.

"Unikal" xəbər verir ki, turnirdə ümumilikdə 8 komanda iştirak edib, onlardan 4-ü yarımfinala yüksəlib. Finalda “Sosial iş” və “Maliyyə-İqtisad” komandaları qarşılaşdı.

Gərgin və maraqlı keçən oyunun sonunda “Maliyyə-İqtisad” fakültəsi qalib oldu.

Turnirin əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam rəqabət mühitinin formalaşdırılması və idman vasitəsilə nizam-intizam, liderlik və qarşılıqlı hörmət kimi dəyərlərin aşılanması idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
unikal.az

2Mənbələr