AZ

Şahbaz Şərif: Pakistan ABŞ və İran arasında bundan sonra da vasitəçi qismində çıxış etməyə hazırdır

Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın ABŞ və İran arasındakı danışıqlarda bundan sonra da vasitəçi qismində çıxış etməyə hazır olduğunu bildirib.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası onun şənbə günü İslamabadda İran nümayəndə heyətinin təmsilçiləri ilə danışıqlarının yekunlarına əsasən yaydığı məlumatda vurğulayıb.

"Baş nazir Şahbaz Şərif İranın İslamabad danışıqlarında iştirakına görə minnətdarlıq edib. O, regional və qlobal sülhün, eləcə də sabitliyin əldə olunmasına təkan vermək üçün Pakistanın vasitəçi rolunun icrasına davam etmək istəyini təsdiqləyib", - məlumatda qeyd edilib.

Vurğulanıb ki, görüş Pakistan tərəfindən xarici işlər naziri Məhəmməd İshaq Dar, ordunun qərargah rəisi Seyid Asim Münir, həmçinin daxili işlər naziri Seyid Möhsin Raza Nəqvinin iştirakı ilə keçirilib.

*** 13:50

İran nümayəndə heyəti İslamabadda ABŞ ilə danışıqlar ərəfəsində bu gün Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.

Far.Az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir.

Bundan başqa, görüşdə xarici işlər naziri Abbas Əraqçi də iştirak edib.

Görüşün detalları açıqlanmır.

Seçilən
5
2
far.az

3Mənbələr