“Sabah” qalib gələrsə, “Qarabağ”ın liderlə xal fərqi 12-yə yüksələcək
Azərbaycan Premyer Liqasının 27-ci turunda “Qarabağ” səfərdə “Şamaxı” ilə 0:0 hesablı heç-heçə edib. Yeniavaz.com xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən görüşdə hər iki komanda qol imkanları yaratsa da, hesab açılmayıb.