AĞDAM, 11 aprel. TELEQRAF
Ağdamda 36 yaşlı fəhlə bədbəxt hadisə nəticəsində ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, işğaldan azad edilmiş Ağdam şəhərində tikintidə işləyən 1990-cı il təvəllüdlü Babayev İlkin Mahir oğlu ölüb.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma başlanıb.