Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılıq versə də, İran nümayəndə heyəti bu öhdəliyin etibarlılığını təmin etmək üçün əlavə zəmanətlər axtarır.
Bu barədə "Tasnim" məlumat yayıb.
Məlumatda bildirib ki, təzyiq və danışıqlar nəticəsində ABŞ bu qərarla razılaşıb.
Qeyd olunub ki, tərəflərin ortaq məxrəcə gəlməsi üçün maliyyə sahəsində məsləhətləşmələr aparmaq məqsədilə İslamabada mütəxəssislərdən ibarət qrup göndərilib. İranın bu dəfə prosesin ciddi və etibarlı olmasını təmin edəcək mexanizmlər üzərində çalışdığı vurğulanıb.
***
13:53
ABŞ Qətərdə və digər xarici banklarda saxlanılan İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb.
“Reuters” bu barədə İrandakı yüksək səviyyəli mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, aktivlərin dondurulmasının aradan qaldırılması Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi ilə birbaşa bağlıdır və bu məsələnin İslamabadda danışıqlarda əsas mövzulardan biri olacağı gözlənilir. Eyni zamanda bu, Vaşinqtonla İslamabadda aparılan danışıqlarda bu addım “razılaşmaya nail olmaqda ciddiyyət” əlaməti kimi qiymətləndirilib.
Hələ ki, ABŞ İranın dondurulmuş aktivlərinin azad edilməsinə dair rəsmi açıqlama verməyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.