AZ

İran ABŞ müzakirəsində masada nələr var? Əsas mübahisəli məsələlər

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ və İran nümayəndələri Pakistanın İslamabad şəhərində keçirilən danışıqlarda Yaxın Şərqdəki münaqişəni dayandırmaq və gərginliyi azaltmaq üçün bir sıra kritik məsələləri müzakirə edir.

Sherg.az xəbər verir ki, əsas müzakirə mövzuları bunlardır:

Livan məsələsi: İran atəşkəsin Livanı da əhatə etməsini tələb edir və bu şərt qəbul edilməsə, danışıqlara başlamayacağını bildirir. ABŞ və İsrail isə Livanın ayrıca məsələ olduğunu düşünür.

Sanksiyalar və dondurulmuş aktivlər: Tehran ABŞ-nin sanksiyaları ləğv etməsini və xaricdə dondurulmuş İran aktivlərinin qaytarılmasını istəyir. Vaşinqton isə bunu yalnız İran güzəştlər edəcəyi halda mümkün sayır.

Hörmüz boğazı: İran boğaz üzərində daha çox nəzarət və gəlir əldə etmək istəyir, ABŞ isə sərbəst keçidi müdafiə edir.

Zərər kompensasiyası: Tehran müharibə zamanı dəymiş zərərə görə təzminat tələb edir.

Nüvə proqramı: ABŞ İranın uran zənginləşdirməsini qəbul etmir, İran isə bunu “qırmızı xətt” kimi görür.

Raket proqramı: Qərb İranın raket imkanlarının məhdudlaşdırılmasını istəyir, Tehran isə bunu müzakirə mövzusu saymır.

Regional təhlükəsizlik və hərbi qüvvələr: İran ABŞ qoşunlarının regiondan çıxmasını tələb edir, Vaşinqton isə əks mövqe tutur.

Rəsmi məlumatlara görə, bəzi məsələlərdə ilkin anlaşmalar olsa da, əsas ziddiyyətlər hələ də qalır və danışıqların nəticəsi qeyri-müəyyəndir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
sherg.az

1Mənbələr