AZ

Yuxuda bunları görənlər daha yaxşı dincəlir

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Yuxuların parlaqlığı insanın özünü nə dərəcədə dincəlmiş hiss etməsinə birbaşa təsir edir. İtaliyalı tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində məlum olub ki, yuxuda baş verən hadisələrin canlılığı və zənginliyi istirahətin keyfiyyətini artırır. Bu barədə məlumat "PLOS Biology" jurnalında dərc olunub.Alimlər laboratoriya şəraitində 44 könüllünün iştirakı ilə təcrübə aparıblar. Onlar yuxunun müxtəlif fazalarında oyadılaraq gördükləri yuxuları və yuxunun dərinliyi barədə hisslərini təsvir ediblər. Məlum olub ki, insanlar parlaq və təsirli yuxular gördükdən sonra özlərini daha dərindən yatmış kimi hiss edirlər. Maraqlıdır ki, beyin fəaliyyəti oyaqlıq halına yaxın olsa belə, zəngin məzmunlu yuxular dərin istirahət hissi yaradır. Əksinə, yuxu görmədən qismən şüurlu halda olmaq yuxunun səthi olması təəssüratını doğurur.Neyrobioloq Cülio Bernardi qeyd edir ki, yuxudakı zehni fəaliyyətin hamısı eyni cür qəbul edilmir. Burada əsas məqam insanın həmin təcrübəyə nə dərəcədə daxil olmasıdır. Tədqiqatçılar hesab edirlər ki, rəngli və canlı yuxular beyin fəaliyyətindəki dalğalanmaları tənzimləyən bir növ qoruyucu rolunu oynayır. Bu isə obyektiv göstəricilərdən asılı olmayaraq insanda kəsilməz və keyfiyyətli yuxu hissi formalaşdırır.Xüsusilə gecənin böyük hissəsini əhatə edən yavaş yuxunun ikinci mərhələsində bu əlaqə daha aydın görünür. Səhərə yaxın yuxular daha da canlanır və bu da insanın yuxudan tam doyması hissini gücləndirir. Bu kəşf bəzi insanların tibbi göstəriciləri normal olsa da, niyə yuxudan narazı qaldıqlarını izah edə bilər. Gələcəkdə müxtəlif üsullarla yuxuların parlaqlığına müdaxilə etməklə yuxusuzluq problemini aradan qaldırmaq mümkün ola bilər.Jalə

Demokrat.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr