AZ

Brilliant Dadaşova: “İndi ağzı olan ya oxuyur, ya da ağzına...”

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, müğənni Şahin İsmayılovun efirdə mərhum sənətkar Məmmədbağır Bağırzadə haqqında səsləndirdiyi “onu bayağı müğənni’ adlandırır və efirə buraxmırdılar” sözləri cəmiyyətdə geniş etiraz doğurub. Sosial şəbəkələrdə və sənət cameəsində ciddi narazılıq yaradıb.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, müğənni Ruhəngiz Musəvi “Öz aramızda” verilişində məsələ ilə bağlı sərt mövqe ortaya qoyaraq, Məmmədbağır Bağırzadəni “Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı” adlandırıb. O, mərhum sənətkatın adının bu cür hallandırılmasını qəbuledilməz sayıb və onun yaradıcılığının xalq tərəfindən sevildiyini xüsusi vurğulayıb.

Xalq artisti Brilliant Dadaşova da səssiz qalmayıb və emosional şərh yazıb: “İndi ağzı olan mahnı oxuyur, ağzı olan ağzına gələni danışır... Məmmədbağır Bağırzadə öz bəstələrini oxuduğuna görə, həm də konservatoriya bitirmədiyinə görə onun musiqisi əvvəllər dövlət tərəfindən qəbul olunmayıb. Amma o, heç bir zaman bayağı adlandırılmayıb. Həmçinin də Ələkbər Tağıyev konservatoriya yox, hüquqşünaslıq təhsili almışdı. Onun musiqilərini xalq sevdiyi halda, bəstəkarlar şurasının iclaslarına buraxmadılar və belə bir dahi qəhrindən dünyasını dəyişdi. Bu söhbətləri mənə əmim Məlik Dadaşov danışırdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
moderator.az

3Mənbələr