AZ

Spallettidən ''Qalatasaray'' etirafı

''Yuventus'' ilə 2028-ci ilə qədər yeni müqavilə imzalayan Luçano Spalletti imzanın ardından duyğuları ilə bölüşərkən ''Qalatasaray''la bağlı diqqətçəkən etiraflar edib. Məlum olduğu kimi ''Yuve'' Çempionlar Liqasının pley-offunda məhz ''Qalatasaray'' səddini aşa bilməyərək mübarizəni dayandırmalı olmuşdu. Spalletti bunları deyib: ''Qalatasaray''a uduzaraq ÇL-də mübarizəni dayandırmağımız məni dərindən yaraladı. Final fitindən sonra fanatlarımızın bizi alqışladığını görmək xoş oldu. Onlar bu komandanın ətrafında birləşməyə hazır olduqlarını göstərdilər. Hər birimiz özümüzü eyni ananın övladı kimi hiss etdik. Həqiqətən gözəl an idi. Müqaviləni yeniləmək qərarını hər iki tərəf dəstəklədi. Yəni bu, ümumi bir qərardı. Üzərimdə ciddi bir məsuliyyət var. Hər kəs əlindən gələni etməli və eyni hədəfə köklənməlidi''.

Seçilən
19
football-plus.az

1Mənbələr