AZ

İran müharibəsi qlobal smartfon bazarını çökdürüb

Bakı. Trend:

2026-cı ilin birinci rübündə qlobal smartfon tədarükləri YaxınŞərqdəki gərginlik və yaddaş komponentlərinin çatışmazlığı fonundaillik müqayisədə 6% azalıb.

Trend xəbər verirki, bu barədə tədqiqat şirkəti olan “Counterpoint Research” məlumatyayıb.

Analitiklərə əsasən, azalmanın əsas səbəbi yaddaşistehsalçılarının əsasən süni intellekt məlumat mərkəzlərinintədarükünə fokuslanması olub. Əlavə təsiredici kimi Yaxın Şərqdəkimünaqişə fonunda istehlakçı əhval-ruhiyyəsinin pisləşməsigöstərilir.

Bu şəraitdə “Apple” tarixində ilk dəfə olaraq ilin birincirübündə qlobal smartfon bazarına liderlik edib, 21% paya sahib olubvə tədarüklərini 5% artırıb.

“Counterpoint Research” şirkətin uğurunu premium mövqeləndirmə,yaxşı qurulmuş təchizat zənciri və Çin bazarında güclü nəticələrləizah edir. Belə ki, 2026-cı ilin ilk doqquz həftəsində Çində“iPhone” satışları 23% artıb.

Digər yandan , “Samsung” tədarükləri illik müqayisədə 6% azalsada, 20% bazar payı ilə ikinci yeri qoruyub saxlayıb. İstehsalçınıngöstəricilərinə “Galaxy S26” modelinin təqdimatının təxirəsalınması və büdcə seqmentində zəif nəticələr mənfi təsirgöstərib.

Məqalədə:
Seçilən
24
2
az.trend.az

3Mənbələr