AZ

İran Hörmüzdən milyardlar qazanacaq: ŞOK məbləğ

ABŞ ilə əldə olunmuş iki həftəlik atəşkəs razılığına baxmayaraq, İran hələ də Hörmüz boğazını blokadada saxlamağa davam edir və yalnız məhdud sayda gəmilərin keçidinə icazə verir. Rəsmi səviyyədə təsdiqlənməsə də, boğazdan keçən hər bir gəminin İrana müəyyən rüsum ödədiyinə dair məlumatlar yayılıb.

ABŞ prezidenti Donald Tramp bu təcrübəni dərhal dayandırmağa çağırsa da, gələcəkdə vəsaitlərin toplanması üçün Tehranla “birgə şirkət” yaratmaq ideyasını da gündəmə gətirib.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı saytımıza danışan iqtisadçı ekspert Əkrəm Həsənov qeyd edib ki, beynəlxalq hüquq normalarına görə belə bir rüsumun toplanması mübahisəlidir: “Beynəlxalq dəniz hüququna əsasən, Hörmüz kimi strateji boğazlar sərbəst tranzit keçid üçün açıq olmalıdır. Lakin İran faktiki güc tətbiq edərək bu ərazini öz daxili suları kimi idarə edir və keçid üçün ödəniş tələb edir. Bu, dünya ticarətində yeni və təhlükəli bir presedent yaradır”.

“Kəşbək

Əkrəm Həsənov

Onun sözlərinə görə, bu gəlirlər İran iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıyır: “İran hazırda sanksiyalar və müharibə şəraitində ağır maliyyə böhranı keçirir. Boğazdan əldə ediləcək illik təxminən 8 milyard dollarlıq vəsait Tehran üçün nəfəslik rolunu oynaya bilər. Xüsusilə ödənişlərin dollarla deyil, yuan və kriptovalyuta ilə həyata keçirilməsi Qərbin maliyyə nəzarətini sıfıra endirir”.

İqtisadçı qeyd edib ki, Trampın “birgə şirkət” təklifi həm də iqtisadi maraqlara söykənir: “Tramp hər zaman məsələlərə iş adamı məntiqi ilə yanaşır. O başa düşür ki, İranı bu yoldan tam döndərmək çətindir, ona görə də bu gəliri bölüşmək və prosesi qanuniləşdirmək istəyir. Lakin bu ssenari reallaşarsa, regionun digər neft ixracatçısı olan ölkələrinin İrandan asılılığı rəsmiləşmiş olacaq”.

Tunar,
NOCOMMENT.az

Seçilən
26
nocomment.az

1Mənbələr