ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Portuqaliyanın Portimao şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının dördüncü, sondan əvvəlki yarış günü start götürüb.
İdman.Biz bu barədə Portuqaliyadan xəbər verir, yarışlar yeniyetmələr arasında batut üzrə fərdi yarımfinallarla başlayıb. Azərbaycandan Ammar Baxşəliyev finala vəsiqə qazanıb. O, daha sonra ikili mini-batut üzrə yarımfinalda da çıxış edəcək.
Bundan əlavə, bu gün bir sıra digər kateqoriyalar və növlər üzrə finalçılar və medalçılar müəyyənləşəcək.
U-21 kateqoriyasında fərdi finala vəsiqə uğrunda Nicat Mirzəyev mübarizə aparacaq, böyüklər arasında isə Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov çıxış edəcəklər.
Bu gün həmçinin komanda yarışlarında da medallar uğrunda mübarizə aparılacaq:
tamblinq (yeniyetmələr) - İlham Məmmədov, Sənan Rzazadə, Riad Cavadov;
ikili mini-batut - Ammar Baxşəliyev, Ömər Qasımov, Nikita Kolesnikov, Fərhad Mustafayev;
batut gimnastikası - Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev, Mehdi Əliyev;
tamblinq (böyüklər) - Mixail Malkin, Tofiq Əliyev, Aleksey Karataşov, Adil Hacızadə.
Leyla Eminova
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.