AZ

Polkovnik İlqar Əhmədoğlu Quliyevin anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatının təşkilatçılığı ilə Azərbaycantəhlükəsizlik orqanlarının polkovniki, yazıçı-publisist İlqarƏhmədoğlu Quliyevin (1956–2025) anadan olmasının 70 illiyinə həsrolunan anım tədbiri keçirilib.

Trend-inməlumatına görə, tədbir mərhum polkovnikin həyat və fəaliyyətiniəks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra çıxış edənlər İlqar Quliyevin zəngin həyat yolu,dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti və publisistikyaradıcılığı barədə fikirlərini bölüşüblər.

Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov İlqar Quliyevinhəyat və xidmət yoluna həsr olunan “Zabit ömrü” kitabınınhazırlanmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, uzun illərdövlət təhlükəsizliyi orqanlarında xidmət etmiş belə şəxslərhaqqında əsərlərin ərsəyə gəlməsi onların xidmətlərininunudulmadığını göstərir. C.Xəlilov qeyd edib ki, İlqar Quliyevölkənin çətin dövrlərində ordu sıralarında xidmət göstərib,publisistik yazıları ilə cəmiyyətin diqqətini cəlb edib və uzunmüddət “Milli Təhlükəsizlik nəşriyyatı”na rəhbərlik edib.

“Azərbaycanın fədakarlıq məktəbi” layihəsinin rəhbəri, dövləttəhlükəsizlik orqanlarının veteranı Elşad Həsənov isə çıxışındaİlqar Quliyevin peşəkarlığı və insani keyfiyyətlərindən bəhs edib.O, mərhumun dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrdəböyük nüfuz qazandığını vurğulayıb və “Zabit ömrü” kitabınınyubileyədək hazırlanmasını mühüm hadisə kimi dəyərləndirib.

Kitabın rəyçisi Elşad Qoca (İsayev) İlqar Quliyevi 1981-ci ildəntanıdığını bildirərək onun dövlət sərhəd qoşunlarındakıxidmətlərini yüksək qiymətləndirib. O, mərhum polkovniki həssas,prinsipial və əsl zabit kimi xarakterizə edib.

Yazıçı-jurnalist Mahir Cavadlı İlqar Quliyevlə birgə fəaliyyətidövründə formalaşan peşəkar münasibətlərdən söz açıb, onunla bağlıxatirələrini bölüşüb. Yazıçı-publisist Nurəddin Ədiloğlu isə İlqarQuliyevin vaxtsız vəfatının böyük itki olduğunu qeyd edərək onunyüksək insani keyfiyyətlərini xüsusi vurğulayıb.

Tədbirin sonunda mərhumun ailə üzvləri, müəllimi və qələmdostları çıxış ediblər. Ailə üzvləri İlqar Quliyevin xeyirxahəməlləri ilə qürur duyduqlarını bildirərək, onun xatirəsinin daimehtiramla yad ediləcəyini qeyd ediblər.

Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Polkovnik
Seçilən
27
4
az.trend.az

6Mənbələr