AZ

İran Hörmüz boğazına döşədiyi minaların bir hissəsini itirib

Hörmüz boğazında tələsik və xaotik şəkildə aparılan minalama işlərindən sonra İran bəzi partlayıcı qurğuları itirib və onları dərhal çıxara bilmir.

Musavat.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazıb.

Qəzetin məlumatına görə, ötən ay boğaza dəqiq bir plan olmadan minalar qoyulub, bəziləri isə sonradan axın tərəfindən yuyulub. Nəticədə, Tehran indi bəzi qurğuların yerini dəqiq müəyyən edə bilmir.

Bu "itirilmiş" minalar Donald Trampın Hörmüz boğazından gəmiçiliyi genişləndirmək tələbini çətinləşdirir. Gəmiçilik üçün risk qaldığı müddətcə, daha çox gəmi üçün keçidi sürətlə genişləndirmək problemli hala gəlir.

Qəzetin yazdığına görə, vəziyyət İranın bu ərazidəki minaları effektiv şəkildə təmizləmək və marşrutu tez bir zamanda təmin etmək üçün lazımi texnologiyaya malik olmaması ilə daha da ağırlaşır.

Musavat.com

 

Seçilən
30
1
musavat.com

2Mənbələr