"Fənərbaxça" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Super Liqa nəhəngi "Malyorka"da çıxış edən Vedat Murikini transfer etmək istəyir. Bu barədə "Kosovan Football" məlumat yayıb.
"Fənərbaxça" Muriki üçün İspaniya klubu ilə danışıqlara başlayacaq. İstanbul klubu 31 yaşlı forvard üçün 5-6 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Vedat Muriki bu mövsüm "Malyorka"nın heyətində meydana çıxdığı 29 rəsmi matçda 19 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Kosovo millisinin üzvü 2018/2019 mövsümündə "Fənərbaxça"da çıxış edib.
saytlarin hazirlanmasi