AZ

Baş nazir: “Livanın yeni bir Qəzzaya çevrilməsinə...”

İspaniya Baş naziri Pedro Sançes Livanın yeni bir Qəzza olmasına icazə verməməli olduqlarını söyləyib.

"Cebheinfo.az" xəbər verir ki, Barselonada keçirilən Avropa Nəbz Forumunun bağlanış çıxışını edən Sançes Yaxın Şərqdəki düşmənçiliklərin sona çatmalı olduğuna işarə edib.

Livanın yeni bir Qəzzaya çevrilməsinə icazə verməyək deyən Sançes İsraili beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqda ittiham edib.

İspaniya Baş naziri Sançes çıxışında bunları qeyd edib: “Dünyanın qalan hissəsinin bizə baxmasını və bizi dəstəkləməsini istəyiriksə, Avropa ardıcıl şəkildə hərəkət etməlidir.

Bu səbəbdən dünən Aİ-nin İsrail ilə olan tərəfdaşlıq sazişini dayandırmasını təklif etdim, çünki İsrailin xüsusilə beynəlxalq və humanitar hüquqla bağlı olan bir çox maddəni tapdaladığı və pozduğu aydındır”.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr