BAKI, 11 aprel. TELEQRAF
Buxara şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin görüşü keçirilib.
Teleqraf xəbər verir ki, görüşdə Özbəkistan-Qazaxıstan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub.
Dövlət başçıları beynəlxalq və regional siyasətin aktual məsələləri üzrə də fikir mübadiləsi aparıblar.
Görüş zamanı baş nazirlərin müavinlərinin ticari-iqtisadi gündəlik üzrə aktual məsələlər, yaxın perspektivdə qarşılıqlı ticarətin 10 milyard dollara çatdırılması istiqamətində görülən tədbirlər barədə hesabatları dinlənilib.
Danışıqların yekununda hökumətlərə əldə olunan razılaşmaların həyata keçirilməsi üçün yol xəritəsinin qəbul edilməsi tapşırılıb.