ABŞ rəsmi olaraq Qətər və digər xarici banklarda dondurulmuş İran aktivlərini azad etməyə razılıq verib.
KONKRET.az xəbər verir ki, bu barədə yüksək səviyyəli İran rəsmisi “Röyters” agentliyinə açıqlamasında deyib.
“Tehran administrasiyası olaraq, biz bu addımı açıq bir xoşməramlılıq jesti və danışıqlar masasında ciddilik əlaməti kimi görürük”, – İran rəsmisi əlavə edib.
Qeyd edək ki, qərarın birbaşa Hörmüz boğazından təhlükəsiz keçidlə əlaqəli olduğu bildirilir.