AZ

ADNSU və “META University” arasında tədqiqatlar müzakirə olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində yerləşən “META University” ilə görüş keçirib.

AzEdu.az xəbər verir ki, səfər çərçivəsində ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, həmin şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimai əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər. Qarşı tərəfdən isə görüşdə “META University”-nin rektoru Aijan Temerbaeva və digər nümayəndələr iştirak ediblər.

Görüş zamanı tərəflər arasında təhsil və elmi istiqamətdə əməkdaşlıq imkanları müzakirə olunub. Xüsusilə, doktorantura səviyyəsində ikili elmi rəhbərlik mexanizmlərinin tətbiqi, akademik mobillik çərçivəsində tələbə mübadiləsi, hər iki universitetin nəzdində fəaliyyət göstərən kolleclər arasında əməkdaşlığın təşkili, eləcə də birgə beynəlxalq konfransların keçirilməsi və elmi tədqiqat imkanlarının genişləndirilməsi məsələləri ön plana çıxarılıb.

Qeyd edək ki, “META University” Qazaxıstanın Almatı şəhərində yerləşən müasir özəl ali təhsil müəssisəsidir və əsasən informasiya texnologiyaları, mühəndislik, idarəetmə və texnologiya sahələri üzrə ixtisaslaşır.

Seçilən
19
azedu.az

1Mənbələr