AZ

TBMM-nin sabiq sədri Hüseaməddin Cindoruk vəfat edib


Türkiyənin tanınmış siyasətçilərindən, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hüseaməddin Cindoruk vəfat edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cindoruk 25 dekabr 2025-ci ildə evində oksigen saturasiyasının kəskin aşağı düşməsi səbəbilə Koç Universiteti Xəstəxanasına yerləşdirilib. O, burada müalicə altına alınaraq reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, onun bu gün həyatını itirdiyi bildirilib.
1933-cü ildə İzmir şəhərində anadan olan Cindoruk Ankara Universitetinin Hüquq Fakültəsini bitirdikdən sonra vəkillik fəaliyyəti ilə məşğul olub. Siyasi karyerasına Demokrat Partiyada başlayan Cindoruk 1985-ci ildə Doğru Yol Partiyasının sədri seçilib.
1987-ci ildə siyasi qadağaların aradan qaldırılmasından sonra partiya rəhbərliyini Süleyman Dəmirələ təhvil verib. 16 noyabr 1991-ci ildə TBMM sədri seçilən Cindoruk bu vəzifəni 1 oktyabr 1995-ci ilə qədər icra edib.
1993-cü ildə prezident Turqut Özalın vəfatından sonra, 17 aprel – 16 may tarixləri arasında Türkiyə prezidentinin səlahiyyətlərini müvəqqəti olaraq yerinə yetirib.
Sonrakı illərdə Tansu Çillərin DYP rəhbəri seçilməsindən sonra Demokrat Türkiyə Partiyasını quran Cindoruk 1999-cu il seçkilərindən sonra aktiv siyasətdən qismən uzaqlaşıb.
Seçilən
17
yeniavaz.com

1Mənbələr