Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Livan paytaxtının hava məkanına daxil olaraq şəhərin üzərində aşağı hündürlükdə bir neçə dəfə uçub.
Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata mülki müdafiə xidməti mənbəsi məlumat verib.
“Müşahidə olunan düşmən təyyarələri hava hücumunu təqlid edərək Beyrut və onun cənub hissəsində səs səddini keçdi və güclü hava partlayışları yaratdı,” — deyə mənbə bildirib.
Mənbənin qeyd etdiyi kimi, paytaxt üzərində aşağı uçuş edən döyüş təyyarələrinin görünməsi şəhər sakinləri arasında həyacana səbəb olub. Küçələr dərhal boşalıb.
8 aprel tarixində İsrailin Beyrut və bir neçə digər şəhərdə şiə təşkilatı “Hizbullah”ın obyektlərinə endirdiyi zərbələr nəticəsində 357 nəfər həyatını itirib, 1 223 nəfər isə yaralanıb.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.