ain.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Almaniya çempionu "Bavariya"nın qanad oyunçusu Maykl Olise Çempionlar Liqasının dörddəbir finalının "Real"a qarşı ilk oyununda məhsuldar ötürmə edib. Münhen komandası 2-1 hesabı ilə qalib gəlib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, fransalı futbolçu bütün yarışlarda mövsümdə 27-ci məhsuldar ötürməsini edərək Avropanın ən yaxşı 5 liqasında lider olub.
"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeş 17 məhsuldar ötürmə ilə ikinci, "Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Fermin Lopes isə 16 məhsuldar ötürmə ilə üçüncü yerdədir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.