AZ

Arteta "Arsenal"dakı gələcəyi ilə bağlı suala belə cavab verdi

"Arsenal"ın baş məşqçi Mikel Arteta klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı belə danışıb: 

"Arsenal"a sadiqəm. Burada çox xoşbəxtəm və özümü əla hiss edirəm. Ailəm də Londonda olmaqdan məmnundur. Bu komansa ilə hələ də nail olmaq istədiyim bir çox məqsədlərim var. 

Burada Arsen Venger qədər qala bilərəmmi? Mən sabahla bağlı düşünmürəm. Bacardığımı etməli və klubu böyük uğurlara daşımalıyam. Hazırda niyyətim budur".

Arteta 2019-cu ildən "topçular"ı çalışdırır.

Toğrul

Seçilən
19
1
fanat.az

2Mənbələr