AZ

İsrail tankları və PUA ları Livanı atəşə tutdu

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusunun gecə saatlarından bəri Livanın cənubuna təşkil etdiyi hücumlarda 3 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki,  məlumatı Livanın NNA xəbər agentliyi yayıb. Məlumata görə, İsrail döyüş təyyarələrinin Nəbatiyə şəhərinə bağlı Meyfədun qəsəbəsində bir binaya təşkil etdiyi hücumda 3 nəfər yaşamını yitirib.

Şəhərin Tul qəsəbəsini hədəf alan İsrail ordusu əl-Maqam məhəlləsi və Şəhid Sabra küçəsindəki çox sayda binanı da yerlə-yeksan edib.

Cibşit qəsəbəsində İsrail ordusunun generatorların kütləvi şəkildə yerləşdiyi bir nöqtəni hədəf alması nəticəsində müəssisə tamamilə dağılıb və yanğın baş verib.

Gecə saatlarında Hiyam qəsəbəsini bombalayan İsrail ordusuna aid pilotsuz uçuş aparatları Kefr Rumman qəsəbəsinə hücumlar təşkil edib.

Sur şəhərində isə İsrail ordusuna aid tanklar Mənsuri, Qalilə və Hınniyyə qəsəbələrini hədəf alıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr