AZ

Qazaxıstan Prezidenti Özbəkistanda səfərdədir

BAKI, 11 aprel. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə işgüzar səfərlə bu ölkəyə gəlib.

Teleqraf xəbər verir ki, Qazaxıstan liderini Buxara beynəlxalq hava limanında Özbəkistan dövlət başçısının özü qarşılayıb.

Milli musiqi və rəqslərdən ibarət təntənəli qarşılama mərasimi keçirilib. İki ölkənin dövlət bayraqları qaldırılıb, fəxri qarovul düzülüb. Hərbi orkestrin ifasında dövlət himnləri səsləndirilib.

Bu gün liderlərin ikitərəfli danışıqlar aparması planlaşdırılır. Həmçinin Buxaranın tarixi abidələrini ziyarət etmək, sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olmaq və digər tədbirlər də nəzərdə tutulub.

Seçilən
44
teleqraf.com

1Mənbələr