"Artemis II" missiyası çərçivəsində dörd astronavtı daşıyan ABŞ-ın "Orion" kosmik gəmisi Aya uçuşunu başa vuraraq Yerə qayıdıb.
Milli.Az xəbər verir ki, kosmonavtların eniş prosesi ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) rəsmi "YouTube" hesabı vasitəsilə canlı nümayiş etdirilib.
10 günlük "Artemis II" missiyası zamanı heyət 50 ildən çox müddətdə Aya doğru səyahət edən ilk insanlar olub. Onlar Yer kürəsindən indiyə qədər qət edilən ən uzaq məsafə ilə bağlı yeni bir rekord qırıblar.
Milli.Az
Məqaləyə dair fotomateriallar: