ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Xalq artisti Aygün Kazımovanın yaradıcılığının 40 illiyinə həsr olunan "Best of Aygün 40” albomunda müğənni Yaşar Yusub da yer alıb.
AZXEBER.COM xəbər verir ki, sənətçi layihədə Kazımovanın məşhur "Bir gecəlik” hitini yeni interpretasiyada səsləndirib.
Y.Yusub ifasını Azər Cəfərin rejissorluğu ilə süni intellekt texnologiyaları əsasında ekranlaşdırıb. Müğənninin ifa etdiyi mahnının aranjimanı Vüsal Həsənova, mix-masterinqi isə "Toufan Records”a həvalə olunub.
Qeyd edək ki, mahnının musiqisi Əməkdar artist Gövhər Həsənzadəyə, sözləri isə Leyli Erola (İsrafilova) aiddir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.