AZ

2025-də səhm bazarı: ticarət həcmi artdı, maliyyə sektoru 99% payla dominant qaldı

Bakı. Trend:

2024-cü ildə həyata keçirilmiş ilk IPO-dan sonra 2025-ci ildəAzərbaycanın səhm bazarında aktivlik əsasən təkrar bazar ticarətihesabına formalaşıb.

Trend bubarədə Bakı Fond Birjasına istinadən xəbər verir.

Bildirilib ki, təkrar bazarda ticarət həcmi 12.5 milyon manatdan15.8 milyon manata yüksəlmişdir ki, bu da investor aktivliyininsabit qaldığını göstərir.

“Listinqdə olan şirkətlərin bazar kapitalizasiyası 2,67 mlrd AZNolmuşdur (2024: 2,77 mlrd AZN) və bu, qiymətləndirmə səviyyələrininümumilikdə sabit qaldığını göstərir. Sektor bölgüsündə maliyyəsektoru üstün mövqedə qalaraq ümumi kapitalizasiyanın 99%-ni təşkiledib, real sektorun payı isə cəmi 1% olub və bu bazardadiverfikasiyaya olan ehtiyacı göstərməkdədir. Bazarkapitalizasiyası əsasən iri şirkətlərdə cəmlənib: kapitalizasiyası100 milyon manatdan yuxarı olan 7 şirkət ümumi bazar dəyərinin88%-ni, 10-100 milyon manat arası 6 şirkət 11.1%-ni, 10 milyonmanatdan aşağı isə 23 şirkət 0.9%-ni təşkil edib”, - məlumatda qeydedilib.

Məqalədə:
Seçilən
32
2
az.trend.az

3Mənbələr