AZ

Masazırda iki qadın qətlə yetirilib

Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.

Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki şəxsə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.

Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Seçilən
1
27
moderator.az

10Mənbələr