AZ

Melaniya Tramp üçün Epşteyn şoku: Qalmaqal ABŞ-ı yenidən silkələdi



ABŞ-nin birinci xanımı Melaniya Tramp Cefri Epşteynlə əlaqəsi olmadığını və adını təmiləmək istəyirsə, o zaman Konqresdə ifadə verməlidir.

Aia.az xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü, demokrat Subramanyam Melaniya Trampın X sosial media platformasında “uşaq istismarçısı Epşteynin qurbanı olmadığı" barədə açıqlamasına münasibət bildirərkən deyib.

"Birinci xanım Melaniya Tramp adını təmizləmək istəyirsə, Nəzarət Komitəsinin qarşısına çıxmalı və and içərək ifadə verməlidir. Əks halda, bu (bəyanat) həyasızcasına kitab təbliğatından başqa bir şey deyil. Tramp ailəsi adlarını təmizləmək üçün unikal bir mövqedədir, bəs niyə bunu etmirlər?", - demokrat Subramanyam deyib.

Qeyd edək ki, Melaniya Tramp ötən gün Ağ Evdə mətbuata açıqlamasında bildirib ki, Epşteynin qurbanı deyiləm: “Epşteyn məni Donald Trampla tanış etməyib. Mən həyat yoldaşımla 1998-ci ildə Nyu-Yorkda bir məclisdə təsadüfən tanış oldum. Həyat yoldaşımla ilk görüşümüz sənədləşdirilib və kitabımda ətraflı təsvir olunub".



Seçilən
11
22
aia.az

10Mənbələr