AZ

Binəqədi rayonunda evlərdən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Binəqədi rayonunda talama cinayəti baş verib.

APA xəbər verir ki, Biləcəri qəsəbəsi ərazisində yerləşən iki evdən ümumilikdə 10 min 50 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları talanıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törtməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F.Fərəcov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, bir müddət ərazidə müşahidə aparıb. Evlərdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra isə əməli törədib.
Araşdırmalar davam etdirilir.

Seçilən
19
20
apa.az

10Mənbələr