AZ

“O sağdır və danışıqlar prosesində iştirak edir, amma...” “Reuters” Xameneinin durumu ilə bağlı məlumat yaydı

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

İranın yeni ali lideri Müctəba Xamenei müharibənin əvvəlində atasının ölümünə səbəb olan hava hücumunda aldığı ağır üz və ayaq xəsarətlərindən hələ də sağalmaqdadır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ali liderə yaxın 3 mənbəyə istinadla məlumat yaydığını iddia edib.

Agentlik hər üç mənbənin məlum zərbədən sonra Xamenei üzündən, bir və ya hər iki ayağından ciddi xəsarətlər aldığını bildirdiyini iddia edib.

Bu məsələ ilə bağlı anonimlik əsasında danışan mənbələr bildirib ki, buna baxmayaraq, 56 yaşlı Xamenei sağalır və ağlı başındadır. O, audio bağlantı vasitəsilə yüksək vəzifəli şəxslərlə görüşlərdə iştirak edir və müharibə, eləcə də Vaşinqtonla danışıqlar da daxil olmaqla əsas məsələlər üzrə qərar qəbuletmə prosesində iştirak edir.

Qeyd edək ki, Xameneinin harada olması, vəziyyəti və idarəçilik qabiliyyəti ictimaiyyət üçün sir kimi saxlanılır. Məlum hava hücumundan və ali lider təyin olunmasından bəri Xameneinin heç bir foto, video və ya audio yazısı yayımlanmayıb.

Xameneinin xəsarətlərinin dərəcəsi ilə bağlı İran hakimiyyəti tərəfindən heç bir rəsmi açıqlama verilməyib. Lakin İran dövlət televiziyasının aparıcısı ali lider təyin edilməsilə bağlı açıqlama yayarkən, onun yaralandığına işarə edib.

İran hakimiyyəti Xameneinin görüntüsünün yayılmamasının onun təhlükəsizliyi ilə bağlı olduğunu bildirib.

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr