AZ

“AQTA kimi mənasız qurumları ləğv edilsin”

“Mətbuat yazır ki, Nazirlər Kabineti toplanıb, əsas müzakirə olunan məsələ kiçik-orta sahibkarlığa meneələrin aradan qaldırılması məsələsi olub. Belə bir məsələnin müzakirəsi yaxşı xəbərdir, deməli, hökumət, nəhayət, kiçik-orta sahibkarlığın “boğulduğunu” görür, pis xəbər odur ki, bu vəziyyətə səbəb olanların bir çoxu elə həmin iclasda iştirak edirdilər”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Natiq Cəfərli öz “Facebook” səhifəsinə yazıb.

O qeyd edib ki, sahibkarların hökumətdən bir sıra aktual gözləntiləri var:

“Sahibkarların hökumətdən gözləntisi odur ki, kiçik-orta sahibkarlığa qarşı ifrat tənzimləmə qaydaların sayını azaltsınlar, kiçik sahibkarlıq üçün ƏDV-dən azad olunan dövriyyəni 1 mln. manata qaldırsın və yoxlama səlahiyyəti olan orqanlar müdaxilə etməsinlər, AQTA kimi mənasız qurumları ləğv edilsin, yəni mane olmasalar, ən böyük dəstək vermiş olarlar.

Bizim xalq işgüzardır, sutkada 18 saat da işləməyə hazırdır, bacarıqlıdır, alveri də, biznesi də yaxşı bilir, imkan versələr, özünü də, dövlətini də dolandıracaq”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
30
yenisabah.az

1Mənbələr